Çərşənbə, 08 May

"Mariupolda kimyəvi silahdan istifadə olunub" - Mer

image

“Mariupolda kimyəvi silahdan istifadə edilməsi ehtimalı var”.

Xəbər verilir ki, bunu şəhər meri Vadim Boyçenko deyib.

O bildirib ki, Mariupolun ətrafında yaşayan sakinlər Rusiya Silahlı Qüvvələrinin zəhərli maddə yaymasından sonra səhhətlərinin pisləşməsindən şikayətləniblər. “Həqiqətən, kimyəvi maddədən istifadə olunub. Onu PUA-dan atıblar. Biz hələ nümunə götürüb, həmin kimyəvi maddənin nə olduğunu sübut edə bilmirik. Külək bu maddəni yayır və onun zərrəcikləri ətrafa yayılır. Sartana və Talakovka kəndlərinin sakinləri səhhətlərindən şikayət ediblər. Onlar artıq təxliyə olunurlar”.

Merin sözlərinə görə, bu yaşayış məntəqələrində insanlar ağızlarında qeyri-adi dad və kimyəvi zəhərlənmənin digər əlamətlərini hiss ediblər.

V.Boyçenko həmçinin Rusiya ordusunun təxliyəyə mane olduğunu vurğulayıb: “Evakuasiya planlarımız pozulur. Biz təxliyəni planlaşdıranda qarşı tərəfə bunun üçün nə edəcəyimizi bildirdik, onlar isə buna mane olurlar”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56